Gecələrimdə Axtarıram - Uran, Dihaj

Gecələrimdə Axtarıram - Uran, Dihaj

Год
2022
Язык
`Azerbajdzjan`
Длительность
258500

Nedan finns texten till låten Gecələrimdə Axtarıram , artist - Uran, Dihaj med översättning

Låttexten " Gecələrimdə Axtarıram "

Originaltext med översättning

Gecələrimdə Axtarıram

Uran, Dihaj

Elə qalsın, bu həmin mövzudur

Qoy getsin

Gecələrimdə axtarır…

Gecələrimdə axtarıram

Olur onu

Gecələrimə baxıram

Oğrun-oğrun

Yuxum çəkilib ərşə

Kimsə düşərdi təşvişə

Görsəydi ki, bu işə

Neçə kabus qoyub əl

Neçə mahmız vurub, at çapıb dörd nal

Çarpaz qoyub xətt

Necə göz yumub, çap edib dörd bar

Yenə qapaz vurub bəxt

Suallar dolu, qaranlıq yolu, sükutu pozan xəyallar

Narahat dəniz, beyin bir qayıq, dalğalar yazar qayalar

Saxta qayğıdan bezib, hə?!

İnsan tək yaşar əzmlə?!

Gündə bir dəfə «sevirəm» eşitməsən gün gələr gözündən!

Yaxın adamlar sayar salamat qalan gününə salavat

Həyat bir sapand kimi, hesabat günü uzanıb salamat

Yataq isidir, fikir quyudur, qələm hirsimi soyudur

Gözüm zillənib tavana, unudub zamanı, yaxşını, yamanı… Ah!

Həyat endşpilində şah, amma heç bilinmir tam

Çün qoyub nişan, alıb hədəf vurdum beşin qəşəng

Vaxtdır, yandır o günə şam, bir sağlıq de möhtəşəm

Gəl ruhlarla dərdləşək bu axşam… Yox əşi

Gecələrimdə axtarıram

Olur onu

Gecələrimə baxıram

Oğrun-oğrun

Oyun — gedişat, məğlub — pərişan

Qalib — tərif, şan, ulduz — sayrışan

Pul var, hamı şad

Amma bil ki, o da olmur həmişə

Vəzifə - eyni şey

Eyni sürücü, fərqli sərnişin

Rep vərdişim, rep döyüşüm

Rep qayıdışım, rep dönüşüm

Göydən düşmə bəndlə dərd işim

Edib otaqda gərdişi

Beyin bağına dən düşər

Verər bar toxum, zərnişan

Ağac, ya parazit sarmaşıq

Sanki var zibil, amma yox qaşıq

Həyat səninlə mırtlaşır

Bəzən dörd daşın arası durub yalquzaq, qayıtmaq uzaq

Mən çox yatdım deyən, sağaltmaq məni, ayıltmaq lazım

Yazım maksimum əgər təbim gəlirsə, hərbi əlbisə

O vaxt əynimdə ikən, yazan əlim indi həmin əldirsə

Yollar gizlin həndəsə

Tavan — xəttlər həmləsi

Zaman tələsi, addımbaşı cələsi

Xoşuna gələsi, başına gəlməsə o kəsin

Məni anla, almıram tənəsin

Süzüb Hennessy, sözlə yumub çənəsin

Boş nərəsi təbəqələşir

İlişir, düşür təqaüddə şir

Hey, mənim qərdeşim

Gördüm adamlar mərd, əşi

Üzünü yusun mürdəşir mərdmazarın

O da bir dərd, əşi

Dərd yazarı etməyib ev-eşik

Rep bazarı — bacaran döyüşür

İntizara, enişə öyrəşib

Yox azarın təftişi, məftun oldum səhv işə

Yox əşi, zibil!

Gecələrimdə axtarıram

Olur onu

Gecələrimə baxıram

Oğrun-oğrun

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder