Qəlbimin Harayı - Uran, Elnino

Qəlbimin Harayı - Uran, Elnino

Альбом
Hörmətlə, Uran
Год
2005
Язык
`Azerbajdzjan`
Длительность
235440

Nedan finns texten till låten Qəlbimin Harayı , artist - Uran, Elnino med översättning

Låttexten " Qəlbimin Harayı "

Originaltext med översättning

Qəlbimin Harayı

Uran, Elnino

Heç bir şey istəmirəm, ayrılıb dünyadan

Enim sevgi dənizinə hündür bir qayadan

Tapım səni, itirməyim, yetər bu tənhalıq

İsit soyuq ürəyimi, isit, olsun ilıq

Ol qaranlığımın ən parlaq gündüzü

İlahi, olsun xəyalımda ancaq onun üzü

Burax qəfəsdə qalmış məhkum sevgi quşunu

Sevginin sonu olsun mənim həyatımın sonu

Səni gözləyirdim, əzizim, mən milyon əsr

Öz soyuqluğum ürəyimin damarın kəsir

Əsir oluram sənə.

Qəlbdə sözlə doluram

Baxıram, susuram, soyuğam, mən soluram

Amma yox vulkan var içimdə olsun partlayış

Dörd fəsil dönsün olsun mənimçün sərt qış!

Bircə sən.

Və yenə də məhəbbət günəşi

Anlaya bilmirəm özümü, anlaya bilmirəm bu işi

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Hər an şəklin, hər an səninləyəm

Hər an hədəfini tapmış bir gülləyəm

Azad olmasam da mən bu fani dünyada

Özümü salaram gur yanan isti bir oda

Daş deyil ürəyim, daş deyil bu zaman

Lazımdır talehimə səntək bir insan

Niyə susursan, bəlkə məni anlamırsan?

Bəlkə hələ də sevgi ocağında yanmırsan?

Yox, yox!

Gözlərin ayrı şeyi deyir

Baxışın məhəbbət önündə qəlbimi əyir

Nöqtə qoyuram natamam bir cümləyə

Sığmır sevgim nə yerə, nə də ki, göyə

Nə bu otaq, nə də bu qələm və kağız

Mənə bəs deyil əgər sənsizəmsə, ay qız

Yalqız səsinə duyuram mən ehtiyac

Bircə sözün olar mənasız ömrümə tac

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Eşitdinmi qəlbimin harayını gözəl qız?

Uzaqlaşıb unutma, qoyma məni yalqız

Səninlə sənsizəm, qəlb həsrətdən partlar

Sənin telefonda səsin mənə bir ümid olar

Soyuq ürəyə baxma, orda isti sevgi var

Orda gizlənib mənim qəlbimin sahibi yar

O yar ki, verib mənə həyatda yeni həyat

Əzizim sən də qəlbində yeni həyat oyat

Sənin gözlərin gözəllərin gözlərindən gözəl

Dumanlı həyatdan çıxart məni, uzat əl

Ver mənə məhəbbət, ver mənə işıq

Sənsən rəsm əsərimə verən yaraşıq

Saçların dalğalı dənizin ən gözəl ləpəsi

Təki toxunum əlinə, təki eşidim o səsi

Nəfəsim…ehh, götür qələmi əlimdən

Yenə də sevirəm sözü çıxacaqdır dilimdən

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

Qəribə məhəbbət, qəribə hisslər

Hər zaman həyatımda məni izlər

Qəlbimin harayıdır bu gün dilimdə

Zərif qəlbin mənim kobud əlimdə

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder