Hörmətlə, Uran - Uran

Hörmətlə, Uran - Uran

Альбом
Hörmətlə, Uran
Год
2005
Язык
`Azerbajdzjan`
Длительность
257980

Nedan finns texten till låten Hörmətlə, Uran , artist - Uran med översättning

Låttexten " Hörmətlə, Uran "

Originaltext med översättning

Hörmətlə, Uran

Uran

Hər gün özümə baxıram müxtəlif tərəfdən

Yıxılıram, dururam, uçuram mən kefdən

Bezmişəm zurnadan, qavaldan, dəfdən

Qaçıram dərsdən, qulaqlarım batıb səsdən

Kömək gözləmə heç kəsdən (heç kəsdən)

Dərman axtarıram bəzən TV-yə baxanda

Kanalda kimsə tullanıb-düşüb, yaxanda

Millətin burnun lazımsız yerə soxanda

Körpələr müğənnilərimizdən qorxanda

Axanda sel kimi qalmaqal

Ora vurma, yeni quruma, məni, səni, bizi yorma

Göbələk, ya xurma, «tormoz» kimi durma

Girişək şou-biznesə, gəlin qoyağın səsə

Basabas salaq, yorulaq, min cür sırğalı qulaq

Açıq sinə, bilmirəm kimə deyim nənə, xala

Uşaqlar qalmaq istəmir dala, intim söhbətlər, kliplər striptiz

Əvvəl bayırda diz, indisə hamı sərbəst

Əla olubdur «best», növbəti olubdur «next»

Jurnalda yazılıb «bürclər üçün seks-test»

Subay oğlanı qısa «yubka», dar şalvar edibdir məst

Kimsə cinsini dəyişib, olubdur tərsəmərs

Düşüb restoranlar arasında böyük bəhsəbəhs

Nəhs danışmaq, qarışmaq, aranı qızışdırmaq

Kamera önündə kişiləri alışdırmaq, iki «tormoz"-u yarışdırmaq

Aşmaq reytinq naminə çəpəri

Dodağa göbəkdən dəri, utanmayın, girin içəri

Bu kiminsə ərinin əri, tökək paltarın üstünə zəri

Tökək türkün məsəli mikrofonun üstünə təri (həri)

Amma tökməyək yaraya duz, bağlamayaq buz

Axı hərə özünə görə olubdur ulduz

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal

(Caspian Clan, Uranı yığışdırın)

Uran olmağına şübhəm yoxdur

Reper, DJ çoxdur, loxdur kim loxdur?

Repin yarısı püf…

Cümlədən, qafiyədən hamı toxdur

Hələ ki, repdə məşhur bir mövzu səhnəmizdə tutur zu

Sizcə «fonoqram» yoxsa canlı?

Cavab verim soyuqqanlı, əgər reperə müğənni deyirlərsə

Onda rep olacaq mahnı — bir yallı

Belə reperə fərqi yoxdur

«Fonoqram» çıxacaq, yoxsa çıxacaq canlı

Qara repin səhnəmizdə rəngi düm ağdır

Burada göbələk çıxmır, bu bizim bağdır

Kimin üçünsə fərqi yoxdur, sol da elə sağdır

«Oçkonu» təmizləyim?

Axı ora ağdır

Məncə qaqaş yazanda baxmalısan nə yazırsan

Deyəsən çox azırsan, özün özünə dərin quyu qazırsan («duxsan»!)

Lazım deyil «MSB"-ə ilişmə, hərbi söhbətə girişmə

Təşkil edək freestyle, deyişmə, Uranla görüşmə

Plagiat, «fonoqramma» — məşhur termin, bilən-bilməyən

Repi öyrənməyən hamı əlində şüar qışqırırlar

«Bizdə milli minus, milli rep var»

Mənim dediyim özü də repdə yenilik

Başladım, hələlik!

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal

(Caspian Clan, Uranı yığışdırın)

Klan hər dəfə mənə bir söz deyir

Uran görürsənmi bizdə rep-şou başqa paltar geyir

Super talant, olur uzun saça bant, birdən-birə qızma, azma

Sözlərin çox reper deyib, bağlayarsan qafiyə, yırğalayarsan

Sığallayarsan əvvəlcə səhnəni, qoy bir az tanısınlar səni

Öyrəşsin publika, sonra AK tətiyi sıxılır

Bir-ikisi freestyle’da yıxılırsa, əvvəl nifrətlə

Sonra hörmətlə baxılır.

Səhnəmiz sıxılır

Mən əvvəlcə razılaşıram düzdür

Amma sonradan TV-ə baxıb, radionu taxıb qızışıram

Vaxtsızlıqla barışıram, mikrofonsuz alışıram

Uranla birlikdə hər dalğaya qarışıram

İstənilən adamla hər vaxt, hər yerdə yarışıram

Bəzən çaşıram, vulkan kimi daşıram

Sözlərlə yandırıb lavalaşıram

Çox zibilə girib bulaşıram, şıram-şıram sifət

«Tormoz» söhbət, vəziyyət, reper olub repçi, süpürgəçi, dəmirçi

İmza: Hörmətlə radioaktiv Uran, hədəfi mərkəzindən vuran

Qulaqlar sizdədir, mikrofon bizdə, üzdə-gözdə olmayacaq yas

Millət «play"-i bas!

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

Uran yaradacaq yeni qalmaqal

Endirəcək zərbələri səhnələrə dalbadal

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder