Nedan finns texten till låten Duamın Səsi , artist - Lalə Məmmədova med översättning
Originaltext med översättning
Lalə Məmmədova
İlk addımlar çətin olsa da tut əllərimdən
Sualların sonsuz olsa da, gəl soruş məndən
Körpə balam, bu dünyada qorxma heç nədən
Çünki hər an, sən unutma, mən səninləyəm
İlk addımlar çətin olsa da tut əllərimdən
Sualların sonsuz olsa da, gəl, soruş məndən
Körpə balam, bu dünyada qorxma heç nədən
Çünki hər an, sən unutma, mən səninləyəm
Mən səninləyəm…
Baharın çiçəklərindən biz çələnglər toxuyaq
Payız yağışı altında, gəl, mahnılar oxuyaq
Səhərləri oyanaraq görüm üzünü
Gecələr sən yuxulayanda öpüm gözünü
Baharım keçər bir anda, saçlarıma düşər dən
Payızımda ol yanımda, tut mənim əllərimdən
Səhərləri qoy uğurlu günlər gətirsin
Gecələr də səninlədir duamın səsi
İlk məhəbbər gələr, mənimlə böl həyəcanı
Sevgi və xoşbəxtliklə dolsun ömrün hər anı
Körpə balam, yolun açıq kəşf et dünyanı
Heç unutma, bu yolda mən səninləyəm
Baharın çiçəklərindən biz çələnglər toxuyaq
Payız yağışı altında, gəl, mahnılar oxuyaq
Səhərləri oyanaraq görüm üzünü
Gecələr sən yuxulayanda öpüm gözünü
Baharım keçər bir anda, saçlarıma düşər dən
Payızımda ol yanımda, tut mənim əllərimdən
Səhərləri qoy uğurlu günlər gətirsin
Gecələr də səninlədir duamın səsi
Baharın çiçəklərindən biz çələnglər toxuyaq
Payız yağışı altında, gəl, mahnılar oxuyaq
Səhərləri oyanaraq görüm üzünü
Gecələr sən yuxulayanda öpüm gözünü
Baharım keçər bir anda, saçlarıma düşər dən
Payızımda ol yanımda, tut mənim əllərimdən
Səhərləri qoy uğurlu günlər gətirsin
Gecələr də səninlədir duamın səsi
Baharın çiçəklərindən biz çələnglər toxuyaq
Payız yağışı altında, gəl, mahnılar oxuyaq
Səhərləri oyanaraq görüm üzünü
Gecələr sən yuxulayanda öpüm gözünü
Baharım keçər bir anda, saçlarıma düşər dən
Payızımda ol yanımda, tut mənim əllərimdən
Səhərləri qoy uğurlu günlər gətirsin
Gecələr də səninlədir duamın səsi
Låtar på olika språk
Högkvalitativa översättningar till alla språk
Hitta texterna du behöver på några sekunder