Nedan finns texten till låten Sükut , artist - Royal Babayev, Mortiferum med översättning
Originaltext med översättning
Royal Babayev, Mortiferum
Səssizliyin küyündən gəlirdi qışqırıqlar
«İnanmayın!
İnanmayın, bəstəkar şahidlərə!
Bu qədər şayiə bəsdir!
Bu qədər bəstə bəsdir!
Yazığınız gəlmirmi (hə?!) can verən sətirlərə?!»
Əzilib ayaqlar altında insanlıq kitabı
Lazım deyil mənə sənin müqəddəs kitabın
Əllərim əsir artıq, beynimə dəyir güllə
Bəstəkarın vecinə deyil bunca solmuş güllər
Dekret qəbul olundu, Dionisi çağırın gəlsin
Süzsün öz şərabın, içsin qeyd eləsin
Düzsün badələri, vursun başdan-başa
Bəstəkarın sevincini onunla birgə qeyd eləsin
Süzüldü cənnətin yaşı insan olmayanda
Cəhənnəmin alovları onları yandıranda
Son vidası ilə sağollaşdı Əzrayıl da
Dünyanın sonu gəldi, son notlar vurulanda…
Boyundan hər asılan medal aşağı əyir başı
Nifrət qapısına çırpıb dağıdır adam əyin-başın
Üzümə baxan simaları dəyişmədən sərt görürəm
Hər dəfə yeni dərd görürəm, ya da ki, hədəf görürəm
Soyuqdan buza dönmək, ağrını canda hiss etmək
Burada müəllim olunca, Çində pandaya xidmət
Axtar məni əgər görsən ki, həyat çox sıxır
Adamlar bir neçə bir ola bilər, mənsə çox sıfır
Sətri anlamadan zənbilə soxsan, mənə nə?!
Necə ki, edər davam yanlış sanılan hər ənənə
Əlini tutmuşdum ölü yox diri kimi yaşamaq üçün
Artıq yaddaşıma sancsan xəncər, mənə nə?!
Düzdür, p*x iyini keçə bilməz ənbər qoxusu
Asperger sayılar, kim tuta peyğəmbər yuxusu
Bəstəkar öz notlarını salıb ələ güldürəcək
Necə hər doğulan bazar ertəsi guya keçmişi siləcək
Låtar på olika språk
Högkvalitativa översättningar till alla språk
Hitta texterna du behöver på några sekunder