Manya Kərimova - Orxan Zeynallı

Manya Kərimova - Orxan Zeynallı

Альбом
Biz Insan Deyilik
Год
2010
Язык
`Azerbajdzjan`
Длительность
200930

Nedan finns texten till låten Manya Kərimova , artist - Orxan Zeynallı med översättning

Låttexten " Manya Kərimova "

Originaltext med översättning

Manya Kərimova

Orxan Zeynallı

O deyir — bu həyat düzələr yenə

O sevinc o gözdən süzülər yenə

Onun ən sonuncu günləri

Xoşbəxt quşlar qatarına qoşular yenə

O solan həvəsi cücərər yenə

O rahat yatacaq gecələr yenə

Biləcək bu həyatda gərəkli insandır

Bir gün güləcək yenə

Bakı, səndən uzaqlaşdıran şoseylə

Maşında HOST, qulağımızda Krecin nəğməsiylə

Yolumuz Şamaxı istiqamətində füsunkar duman

Mühərrikin səsi, diksinirdi dincələn botanika

Bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir

Yol uzanır, uzandıqca beyin bezir

Hiss edirik saniyələr ömrümüzdən gedir

Ağacları, döngələri saya-saya

Bu yolumuzun tək səbəbkarı olan şəxs

Onun üzünə həyatı bir qədər kobud və bir az tərs

Son dərəcə inamsızdır o, artıq Allaha da qarşı

Həyatından narazı, bu yaşda həyata qarşı

Ömrünü həsr etmiş xalça toxumağa

Vaxt ayırmamış yazmağa, oxumağa

Kəndin ən ucqar ucunda mövcud xalça fabriki

Onunla eyni qocaldı, köhnəlib söküldü

Amma vaxt vardı ki, o barmaqlar iynələrlə

Möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə

Zibilə qalsın burokratiya!

Sökülsün, əmri verən o əllər də!

Bu işə sərf edilmiş o illərdə

Boşa mı getdi görən tək bir işdi əlindən gələn?

Hər insanın öz marağı yaranır həyata gələndən

Onun marağı incəsənət, gözəllik yaratmaqdır

Bizim işimiz sadəcə dinləməkdir

«40 il əvvəl mən də cavan idim

Mənim də öz arzularım var idi

Çoxu indi heç yadıma da gəlmir

Bir neçə rəfiqəmlə həyatdan danışardıq

Bəziləri yoxdur indi, bəzilərisə köçüb artıq

Heç vaxt düşünmürdüm ki, gedim mən də şəhərdə yaşayım

Bilirsən, kənd yeri elə bil ki, ayrı dünyadır

Hamını tanıyırsan, xeyir-şər bölüşürsən

Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən

Qızımı ərə vermişəm artıq, indi o Bakıda yaşayır

Hər dəfə deyir, amma nəsə yadımda qalmır haradır

Sağ olsun bayramlarda gəlir, mənim qayğıma qalır

Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır

Çox böyük sürətlə gedir o qatarlar

Hansı ki, adi gülüşü bahasına satarlar

Nə edim mən ki, adi insan kimi doğulmuşam

Mən də bu maddiyyat bataqlığında boğulmuşam

Yerinə tikilər yəqin otel, ya da elə bir şey

Nəyimə lazımdır yaddaş unudulacaqsa hər şey?

İnanırsan?!

60 il!

Bəlkə ondan da çox…

Mən burda sevinc qarşılığında həyat verdim

Ömrümdən kəsib illəri, çoxuna dayaq verdim

Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim

Hər dəfə cavab verdim qoca gözlərimin sualına

Öz ölüm məktubumu pıçıldadım qulağıma "

Bəlkə daha sadədir hər şey

Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox

Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun

Kimsə xoşbəxtsə, gərək kimsə bədbəxt olsun

Adi bir insan idi, amma böyük ürəyi vardı

Bayırda yay havası, dağlarınsa başı qarlı

Həmin o qadına doğma torpağında yer verildi

Sökülən fabrikinsə yerinə məktəb tikildi

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder