Yaxşı Qız - Orxan Zeynallı

Yaxşı Qız - Orxan Zeynallı

Альбом
Qravitasiya
Год
2016
Язык
`Azerbajdzjan`
Длительность
160260

Nedan finns texten till låten Yaxşı Qız , artist - Orxan Zeynallı med översättning

Låttexten " Yaxşı Qız "

Originaltext med översättning

Yaxşı Qız

Orxan Zeynallı

Oyanır hamıdan tez, baxır pəncərədən

Günəş rəngli saçlar, yaşıl göz, incə bədən

Bir azdan oyanacaq həyatdə ən vacib insanlar

Soruşacaqlar ki, hara baxırsan pəncərədən

Səhər yeməyi hazır, qaynar çay əlini yandırsa da

Səsini çıxara bilməz, çünki o fədakardır

Evin bütün yükünü kişilərin yerinə qaldırsa da

Kompliment eşitmir, şirin sözə qulağı kardır

Telefon əlindən alınıb, artıq iki ildən çoxdur

Sinif yoldaşına zəng etməkdə günahkardır

Münasibət qurmaqdan söhbət belə gedə bilməz

Ailəyə ləkə yaxılsa, o tək səbəbkardır

Darıxmır ötən illər üçün, çünki elə həmişə beləydi

Düşünür — qəribədir bu tale, hər şey kələkdir

Kaş ki, gülüşə döndərdi axıtdığı hər göz yaşı

Halbuki sevgiyə layiqdir yaraşıqlı gözü, qaşı

Xeyir və şər məclislərinə bər-bəzəkli

O uşaqlıqdan bilir artıq nə düz, nə əyri

Təhsil ikinci plandadır əsas ev işləridir

Gələcək həyat yoldaşına indidən öyrəşməlidir

Küçəyə tək başına çıxmaq olmaz, nə işin var çöldə?!

Tanımadığın insanlara qarşı olsun sərt çöhrə

Dinləmək olar ancaq muğam, bir də xalq mahnıların

Valideyn tərəfindən təyin olur arzuların

Bugün-sabah nişan, dəyişəcək ancaq ünvan

Dəyişəcək divarlar, amma həyat hələ zindan

Olmazmı ki, bu otaqdan onun da nazı qalsın?

Əsas o deyil, əsas evin kişisi razı qalsın

Əsas — qohumlar desin ki, o yaxşı qızdır

Əsas — bu cəmiyyət desin ki, o yaxşı qızdır

Axı o insan deyil, sadəcə kiminsə namusu

Ölüb yenidən oğlan doğulmaqdır tək arzusu

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder