Kəndimizdə Toy Olanda - Manaf Agayev

Kəndimizdə Toy Olanda - Manaf Agayev

Год
2006
Язык
`Azerbajdzjan`
Длительность
663250

Nedan finns texten till låten Kəndimizdə Toy Olanda , artist - Manaf Agayev med översättning

Låttexten " Kəndimizdə Toy Olanda "

Originaltext med översättning

Kəndimizdə Toy Olanda

Manaf Agayev

Allahım, bənd olub çaşıb qalmışam

Sən göstər səmtimi, səmt elə gedim

Bir sevda işığı tutub gözümü

Kömək ol, fəhm ilə, fənd ilə gedim

Mən eşqdən savayı bir yol bilmirəm

Məni bir bəndəyə bənd elə gedim

Vüsal gələr, kədər qaçar

Arzu-istək çiçək açar

Təbiət də ətir saçar

Kəndimizdə toy olanda

Vağzalının xoş ahəngi

Qovuşdurar iki gənci

Cavanlar oynayar Cəngi

Kəndimizdə toy olanda

Xınalanar qız, gəlinlər

Kama çatar evlənənlər

Sayca artar sevilənlər

Kəndimizdə toy olanda

Badələr boşalar, dolar

Yüz vurarlar, kef saz olar

Bəziləri sərxoş olar

Kəndimizdə toy olanda

Hamı çatsın arzu, kama

Əsgərli gəlsin ilhama

Layiq olsun ehtirama

Kəndimizdə toy olanda

Neyçin əriyirəm mən gilə-gilə

Neyçin əriyirəm mən gilə-gilə

Onsuz da qədrimi bilən deyilsən

Deyib, danışsan da, gözəlim, sən gülə-gülə

Deyib, danışsan da, gözəlim, sən gülə-gülə

Bilirəm ürəkdən gülən deyilsən

Bilirəm ürəkdən gülən deyilsən

Bilirəm dəyişmisən, gözəlim, əvvəlki deyilsən

Bilirəm dəyişmisən, gözəlim, əvvəlki deyilsən

Mənim ağlamağım əbəsdir, əbəs

Sən ki göz yaşımı silən deyilsən

Gəl birlikdə seyrə çıxaq

Allanan laləyə baxaq

Yerə vurub min naxışı

Səpələnsin yaz yağışı

Gizlənməyə yer axtaraq

Mən yağışa, sən mənə bax

Başdan-başa su içində

Duyaq dadın öpüşün də

Ova çıxmış ovçu sayaq

Kahada ocaq qalayaq

İsinmək üçün istisində

Mən tüstüyə, sən mənə bax

Sonra yağış dayananda

Göy qurşağı boylananda

Durduğumuz yerdən çıxaq

İslanmış paltarı sıxaq

Oğrun-oğrun gün çıxanda

Mən günəşə, sən mənə bax

Bilirəm dəyişmisən, gözəlim, əvvəlki deyilsən

Bilirəm dəyişmisən, gözəlim, əvvəlki deyilsən

Mənim ağlamağım əbəsdir, əbəs

Sən ki göz yaşımı silən deyilsən

İlhamam, eşqimlə bacarmıram mən

İlhamam, eşqimlə bacarmıram mən

O bir od olub, mən də bir şamam

İstədim görüşə gələm bu axşam

Bildim ki, görüşə gələn deyilsən

Ömrümün cavan çağında bir gözələ vuruldum

Eşqimin saf sularında ləpələndim, duruldum

Ömrümün cavan çağında bir gözələ vuruldum

Eşqimin saf sularında ləpələndim, duruldum

Gözüm görməyəydi, gülü sevməyəydi

Dili lal olaydı, kaş sevməyəydi

Qurban olum tanrısına

Düşdüm eşqin bəlasına

Mən sözümü necə deyim

Bu zalımın balasına

Qurban olum tanrısına

Düşdüm eşqin bəlasına

Mən sözümü necə deyim

Bu zalımın balasına

Məncə, bunu bir zarafat sanırdı

Hər baxışın qəlbimə od salırdı

Məncə, bunu bir zarafat sanırdı

Hər baxışın qəlbimə od salırdı

Gözəllikdə təkdir bu qız

Sanki bir mələkdir bu qız

Nə hə deyir, nə yox deyir

Sanki mələkdir bu qız

Gözəllikdə təkdir bu qız

Sanki bir mələkdir bu qız

Nə hə deyir, nə yox deyir

Sanki mələkdir bu qız

Ay uçan quşlar, bir qanad çalın

Yar gələn yoldan, bir xəbər alın

Görün yarım gəlirmi səfərdən, səfərdən

Məni agah eyləyin bu xəbrədən, xəbərdən

Gül yolunda intizar

Gül yolunda intizar

Mən həmişə biqəraram

Biqəraram, biqəraram

Arzu, istəyimi o nazlı yara

Tez yetirin, yetirin

Qanadlarınıza alıb onu mənə

Yetirin, yetirin

Axı aşiqəm, nə çarəm?

Yoxdur dərmanım, qaçaram

Gəlməsə səfərdən yarım

Mən bu yerlərdən qaçaram

Ay uçan quşlar görsün yarımı

Ona deyin yarın intizar çəkir

Sənin yolunu gözləyib

Gecə gündüz ah çəkib

Sənin yolunu gözləyib

Gecə gündüz ah çəkib

Şəkərdir, baldır bu

Sanki maraldır bu

Şəkərdir, baldır bu

Sanki maraldır bu

Bir baxışla mənim

Canımı aldı bu

Bir baxışla mənim

Canımı aldı bu

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Hər kimdir bu göyçək

Tilsimdir bu göyçək

Hər kimdir bu göyçək

Tilsimdir bu göyçək

Yoxsa Allah yazan, yoxsa Allah yazan

Bəxtimdir bu göyçək

Yoxsa Allah yazan, yoxsa Allah yazan

Bəxtimdir bu göyçək

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Nazı nazdan gözəl

Gözü gözdən gözəl

Nazı nazdan gözəl

Gözü gözdən gözəl

Həm qaşı, kirpiyi

Gözü gözdən gözəl

Həm qaşı, kirpiyi

Gözü gözdən gözəl

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Hər kimdir bu göyçək

Tilsimdir bu göyçək

Hər kimdir bu göyçək

Tilsimdir bu göyçək

Yoxsa Allah yazan, yoxsa Allah yazan

Bəxtimdir bu göyçək

Yoxsa Allah yazan, yoxsa Allah yazan

Bəxtimdir bu göyçək

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

Mələkdir bu, ay Allah

Çiçəkdir bu, ay Allah

2+ miljoner sångtexter

Låtar på olika språk

Översättningar

Högkvalitativa översättningar till alla språk

Snabbsökning

Hitta texterna du behöver på några sekunder