Nedan finns texten till låten Sevərsənmi , artist - Айгюн Кязымова med översättning
Originaltext med översättning
Айгюн Кязымова
Gözlərimi yumsam
Üçə qədər saysam
Adını çağırsam
Gələrsənmi?
Sənsiz mən solaram
Kövrəlib dolaram
Lap yalqız qalaram
Bilərsənmi?
Sənsiz bu dünyada gülmərəm, gülmərəm
Həyat nəyə lazım bilmərəm, bilmərəm
Mən səni sevirəm söylərəm
Dönərsənmi?
Gələrsənmi?
Bilərsənmi?
Sevərsənmi?
Sən mənim həyatım
Qollarım, qanadım
Qırılsın inadım
İstərsənmi?
Tükəndi sözlərim
Yeni dizlərim
Yaşlıdır gözlərim
Bilərsənmi?
Sənsiz bu dünyada gülmərəm, gülmərəm
Həyat nəyə lazım bilmərəm, bilmərəm
Mən səni sevirəm söylərəm
Dönərsənmi?
Gələrsənmi?
Bilərsənmi?
Sevərsənmi?
Låtar på olika språk
Högkvalitativa översättningar till alla språk
Hitta texterna du behöver på några sekunder